XƏBƏRLƏR
Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayır
Bu gün Azərbaycan Universitetində “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı beynəlxalq konfrans işə başlayır. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.
İkigünlük beynəlxalq tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunacaq.
Konfransın qeydiyyatı saat 09:00-da, açılış mərasimi isə saat 10:00-da başlayacaq.
Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açılış mərasimində salamlama nitqi ilə çıxış edəcək.
Açılış mərasimi və 2 plenar sessiyanın ardından konfransın işi bölmə iclaslarında davam edəcək.
Konfransın səhifəsinə keçid:
https://au.edu.az/en/conferences/the_future_of_higher_education_global_perspectives_local_impact
