XƏBƏRLƏR

Azərbaycan Universitetində “Bir könüllü” təşkilatının təqdimatı keçirilib

Azərbaycan Universitetində “Bir könüllü” təşkilatının təqdimatı keçirilib

15 noyabr 2022

Baxış sayı: 8765

Azərbaycan Universitetində I və II kurs tələbələri üçün “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib. 

Tədbirdə “Bir Könüllü” təşkilatının nümayəndələri tərəfindən iştirakçılara könüllülük fəaliyyətinin üstünlükləri, təşkilata üzv olma prosesi, gələcək layihələr barədə ətraflı məlumat verilib, həmçinin daha əvvəl həyata keçirilən layihələrə dair videoçarxlar təqdim olunub . 

İnteraktiv formatda təşkil olunan tədbirdə tələbələrlə müxtəlif əyləncəli oyunlar oynanılıb və qaliblərə hədiyyələr təqdim edilib. 

Qeyd edək ki, təşkilat “Bir” tələbə-könüllü proqramı kimi 2015-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən tələbə-könüllülərlə işin sistemləşdirilməsi, könüllülük fəaliyyətinin stimullaşdırılması, tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün yaradılıb. 2019-cu il 2 avqust tarixindən etibarən isə “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi dövlət qeydiyyatına alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR