XƏBƏRLƏR

Azərbaycan Universitetində “Bir könüllü” təşkilatının təqdimatı keçirilib

Azərbaycan Universitetində “Bir könüllü” təşkilatının təqdimatı keçirilib

07 dekabr 2023

Baxış sayı: 1002

Azərbaycan Universitetində I kurs tələbələri üçün “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib. 

Tədbirdə “Bir könüllü” təşkilatının nümayəndələri tərəfindən iştirakçılara könüllülük fəaliyyətinin üstünlükləri, təşkilata üzv olma prosesi, gələcək layihələr barədə məlumat verilib.

Qeyd edək ki, təşkilat “Bir” tələbə-könüllü proqramı kimi 2015-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən tələbə-könüllülərlə işin sistemləşdirilməsi, könüllülük fəaliyyətinin stimullaşdırılması, tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün yaradılıb. 2019-cu il 2 avqust tarixindən etibarən isə “bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi dövlət qeydiyyatına alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR