XƏBƏRLƏR

Azərbaycan Universitetinin BMT modeli klubu fəaliyyətə başlayıb

Azərbaycan Universitetinin BMT modeli klubu fəaliyyətə başlayıb

19 mart 2025

Baxış sayı: 150

Azərbaycan Universitetinin BMT modeli klubu fəaliyyətə başlayıb. Klub Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “AzMUN” proqramı çərçivəsində yaradılıb. 

Klub tərəfindən BMT orqanlarının simulyasiyaları həyata keçiriləcək, həmçinin tələbələr həm müxtəlif ölkələri, həm də beynəlxalq təşkilatları təmsil edərək müxtəlif mövzularda debatlar və müzakirələr aparacaqlar. 

Universitetin tələbələri üçün BMT modeli klubunun yaradılması ilə bağlı infosessiya keçirilib. Tədbirdə “AzMUN” proqramı, BMT modelinin tarixi, mahiyyəti və məqsədi,  Azərbaycanda BMT Modeli Hərəkatının fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, model tələbələrə ölkəmizi beynəlxalq arenada təmsil etmək üçün təcrübə əldə etmə imkanı yaradır. 

İnfosessiyanın gedişatında BMT modeli konfransı mühiti yaradılıb. İştirakçılar arasından seçilmiş könüllülər müxtəlif ölkələri təmsil edərək “Beynəlxalq sanksiyalar və onların qlobal sabitliyə təsiri” mövzusunda çıxış ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR