XƏBƏRLƏR

Azərbaycan Universitetində “Data sahəsində texnologiyalar və karyera imkanları” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində   “Data sahəsində texnologiyalar və karyera imkanları”  mövzusunda seminar keçirilib

16 noyabr 2022

Baxış sayı: 8943

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin magistratura  və yuxarı kurs tələbələri üçün “Data sahəsində texnologiyalar və karyera imkanları” mövzusunda seminar təşkil edilib. Seminarın mühazirəçiləri Azərbaycan Beynəlxalq Bankının baş arxitektoru Elnur Sadıqov və İnsan resuslarının idarəedilməsi departamentinin əməkdaşı Aynur Səmədzadə olub. 

Elnur Sadıqov iştirakçılara data texnologiyaları və onların konkret iş sahələrində tətbiq olunmaları haqqında məlumat verib. Məruzəçi sorğu-sual çərçivəsində görüşü daha maraqlı və faydalı edib. Digər məruzəçi Aynur Səmədzadənın çıxışı isə Azərbaycan Beynəlxalq Bankında karyera imkanlarına həsr olunub.  

Seminarın sonunda iştrakçılar arasında viktorina keçirilib və ilk üç yerin qaliblərinə Azərbaycan Beynəlxalq Bankının hədiyyələri təqdim olunub. 

Qeyd edək ki, seminar Riyaziyyat və informatika kafedrası və İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən birgə təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR