XƏBƏRLƏR

Azərbaycan Universitetində gənc tədqiqatçıların altıncı respublika konfransı keçiriləcək

Azərbaycan Universitetində gənc tədqiqatçıların  altıncı respublika konfransı keçiriləcək

11 yanvar 2023

Baxış sayı: 5830

Azərbaycan Universitetində gənc tədqiqatçıların altıncı respublika elmi konfransı keçiriləcək. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.

10 mart 2023-cü il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək istəyənlər tezislərini fevralın 10-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 mart 2023-cü ildir.

Daha ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/genc_tedqiqatcilarin_altinci_respublika_elmi_konfransi

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR