XƏBƏRLƏR

Azərbaycan Universitetində Heydər Əliyevin xatirəsinə həsr olunan tennis və dama yarışı keçirilib

Azərbaycan Universitetində  Heydər Əliyevin xatirəsinə həsr olunan tennis və dama yarışı keçirilib

07 iyun 2023

Baxış sayı: 583

Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Universitetinin tələbələri arasında stolüstü tennis və dama yarışı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan yarışda bütün fakültələr üzrə tələbələr iştirak edib.

Stolüstü tennis yarışının nəticəsinə əsasən I yeri Nicat Talıbov (Biznes və iqtisadiyyat fakültəsi, III kurs), II yeri Ləman Heydərova (Biznes və iqtisadiyyat fakültəsi, III kurs), III yeri Ravan Nağdalıev (Biznes və iqtisadiyyat fakültəsi, III kurs) tutub. 

Dama yarışının nəticəsinə əsasən I yerə Elmir Hacızadə (Humanitar fənlər fakültəsi, I kurs), II yerə Ağasəid Balakişiyev (Biznes və iqtisadiyyat fakültəsi, II kurs) çıxıb.

Qaliblərə sertifikatları universitetin məşqçisi Nazim Mehralıyev və İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Ülvi Süleymani təqdim edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR