XƏBƏRLƏR

Azərbaycan Universitetində informasiya təhlükəsizliyinin aktual problemləri müzakirə olunacaq

Azərbaycan Universitetində informasiya təhlükəsizliyinin aktual problemləri müzakirə olunacaq

24 noyabr 2022

Baxış sayı: 6396

Sabah Azərbaycan Universitetində “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Universitetinin Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna) və Heydər Əliyev adına Hərbi İnstitut ilə birlikdə təşkil etdiyi konfrans informasiya texnologiyalarının sürətli inkişafı və onun insan fəaliyyətinin bütün sahələrinə total nüfuz etdiyi indiki şəraitdə məlumatların icazəsiz girişinin, istifadəsinin, açıqlanmasının, təhrif olunmasının, dəyişdirilməsinin, araşdırılmasının, qeyd edilməsinin və ya məhv edilməsinin qarşısının alınmasının elmi nəzəri, praktiki və texnoloji aspektlərinə həsr edilir.

Konfransa qeydiyyat 09.00-dan 10.00-dək aparılacaq. Beynəlxalq tədbirin açılış mərasimi və plenar iclası saat 10.00-da başlayacaq. Fasilənin ardından konfrans işini bölmə iclaslarında davam etdirəcək. 

Konfransın işinə uğurlar arzulayırıq!

Konfransın səhifəsinə keçid: 

https://au.edu.az/az/confrances/informasiya-tehlukesizliyi-problemler-ve-perspektivler-beynelxalq-konfransi

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR