XƏBƏRLƏR
Azərbaycan Universitetində “Karyera planlaması” mövzusunda təlim keçirilib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində təhsil alan tələbələr üçün “Karyera planlaması” mövzusunda təlim keçirilib. İqtisadiyyat və idarəetmə kafedrasının təşkil etdiyi təlimin mühazirəçisi kafedranın müəllimi Tərlan Rəsulov olub.
Tədbiri kafedranın müdiri Tural Qocayev açaraq təlimin mövzusu və əhəmiyyəti ilə bağlı qısa məlumat verib, karyera planlaşdırmasının tələbələr üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra Tərlan Rəsulov özünü tanıma, iş dünyasının araşdırılması, ilkin iş təcrübəsi, qərar vermə prosesi, iş axtarma prosesi və karyeranın idarə edilməsi kimi mövzulara toxunub.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
