XƏBƏRLƏR
Azərbaycan Universitetində “Karyeramızdakı buglar” mövzusunda görüş təşkil olunub
Azərbaycan Universitetində “ANTEC Academy” tərəfindən TedX platforması çərçivəsində “Karyeramızdakı buglar” adlı görüş keçirilib. Tədbiri giriş sözü ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva açaraq qonaqları tələbələrə təqdim edib.
Ardınca “ANTEC Academy”nin rəhbəri, İT və proqramlaşdırma sahəsi üzrə mütəxəssis Günay Hüseynli, təlimçilər Data Analitik və Pyhton koç Günel Əmrahova, Frontend Developer Səxavət Qocayev və qrafik və veb dizayner Süleyman Süleymanov öz təcrübələrini iştirakçılar ilə bölüşüblər.
İnteraktiv müzakirə formatında keçirilən görüşdə qonaqlar tələbələri maraqlandıran sualları da cavablandırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
Azərbaycan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
02 oktyabr 2026
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
28 sentyabr 2026
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü keçirilib
25 sentyabr 2026
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
