XƏBƏRLƏR
Azərbaycan Universitetində “Müasir tədris metodları” mövzusunda təlim keçirilib
Azərbaycan Universitetində müəllimlər üçün “Müasir tədris metodları” mövzusunda təlim keçirilib. Təlimi Elm Tədris Akademiyasının təsisçisi və rəhbəri Samir Salayev aparıb.
Təlimçi iki hissədən ibarət olan təlimin birinci hissəsində dəstəkləyici ümumi məlumat verib, Kurikulum; Strategiya və məqsəd; Tədris metodları; Uğurlu təlimin qurulması yolları; İş formaları mövzularında təqdimat edib. Tələbələrin təhsil prosesində müvəffəqiyyətləri üçün çeşidli təlimatlar və yanaşmaların tətbiqini diqqətə çatdırıb.
Samir Salayev təlimin ikinci hissəsində isə fəal dərsin təşkil olunmasının beynəlxalq səviyyədə əsas qaydasından danışıb, Fəal təlimin mexanizmləri; Fasilitasiya qaydaları; Effektiv təlim modelinin seçimi üçün Edqar Deyl piramidasının rolu; Fəal dərsin mərhələləri mövzuları haqqında geniş məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi