XƏBƏRLƏR

Azərbaycan Universitetində “Mübariz” bədii filmi nümayiş olunub

Azərbaycan Universitetində “Mübariz” bədii filmi nümayiş olunub

20 fevral 2024

Baxış sayı: 493

Azərbaycan Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan tammetrajlı “Mübariz” bədii filmi nümayiş olunub.

Tədbirdə filmin produseri Abbas Əli də iştirak edib. Nümayişdən əvvəl açılış nitqi ilə çıxış edən produser qeyd edib ki, film Mübariz İbrahimovun beş yaşından şəhidlik zirvəsinə qədər ucalan şərəfli həyat yolundan bəhs edir. 90 dəqiqəlik film 2 ilə yaxın müddətə başa gəlib. Çəkilişlər ölkəmizin müxtəlif bölgələrində, o cümlədən qəhrəmanımızın anadan olduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə yüksəldiyi Tərtər rayonunda yerləşən hərbi mövqedə aparılıb. 

Qeyd edək ki, “Mübariz” tam metrajlı bədii filmi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, NN film və “Munis Production”ın istehsalıdır. Filmin baş prodüseri və ssenaristi Nicat Mənalı, quruluşçu rejissoru isə Natiq Novruzovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR