XƏBƏRLƏR

Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub

Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub

16 noyabr 2026

Baxış sayı: 12

Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Türkiyənin Kastamonu Universitetinin dosenti,  fəlsəfə üzrə fəlsəfə doktoru Sibel Kibarin ustad dərsi təşkil olunub. Türkiyəli alimin “Məntiqi səhvlər və tənqidi düşüncə fəlsəfəsi” mövzusuna həsr olunan ustad dərsində fakültənin dekanı Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müəllimləri və TEC üzvləri iştirak ediblər.

Sibel Kibar ustad dərsində tənqidi düşüncənin fəlsəfi əsasları, akademik araşdırmalarda analitik təfəkkürün əhəmiyyəti, mühakimə yürütmə prosesində yol verilən məntiqi səhvlər, onların müəyyənləşdirilməsi və qarşısının alınması yolları haqqında məlumat verib. Həmçinin müasir informasiya cəmiyyətində dezinformasiyanın müəyyənləşdirilməsi, məlumatların düzgün qiymətləndirilməsi və əsaslandırılmış mühakimələrin formalaşdırılmasında tənqidi düşüncənin  əhəmiyyətini vurğulayıb.

İnteraktiv formatda təşkil olunan ustad dərsinin praktiki hissəsində konkret nümunələr təhlil olunub və tələbələrin sualları cavablandırılıb. Praktiki tapşırıqlar tələbələrə arqumentləri qiymətləndirmək, məntiqi səhvləri müəyyənləşdirmək və əsaslandırılmış nəticələrə gəlmək bacarıqlarını tətbiq etmək imkanı yaradıb.

Sonda TEC üzvləri Sibel Kibara dəvəti qəbul etdiyi, öz zəngin elmi bilik və təcrübəsini tələbələrlə bölüşdüyünə görə təşəkkür ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR