XƏBƏRLƏR
Azərbaycan Universitetində yaz semestrinin hazırlıqları davam edir
Azərbaycan Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrinin hazırlıqları davam edir. Bu çərçivədə Keyfiyyət təminatı şöbəsi tərəfindən akademik heyət üçün təşkil olunan “Sillabusların tərtibi qaydaları” təlimləri başa çatıb.
Daxili keyfiyyət təminatının səmərəli təşkilinə dəstək məqsədilə keçirilən təlimlərdə sillabusun (tədris proqramı) strukturu, tərtibi, tədris prosesində sillabusdan istifadə qaydaları haqqında professor-müəllim heyətinə məlumat verilib.
Təlimlərdə həmçinin sillabusların təhlilinin nəticələri diqqətə çatdırılıb, yenilənməsi və təkmilləşdirilməsinə dair tövsiyələr öz əksini tapıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi
18 avqust 2026
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
11 avqust 2026
Abiuriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib
03 avqust 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29 iyul 2026
Abituriyentlər üçün məsləhət mərkəzi
27 iyul 2026
Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır
17 iyul 2026
