XƏBƏRLƏR

Azərbaycan Universitetində Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib

Azərbaycan Universitetində Zəfər Gününə həsr olunan  növbəti tədbir keçirilib

03 noyabr 2022

Baxış sayı: 8477

Azərbaycan Universitetndə Sosial işin təşkili kafderasının müəllimi Lalə Babayevaın təşkilatçılığı ilə “Zəfər Günü və vətənpərvərlik tərbiyəsinin psixoloji tərəfləri” mövzusunda tədbir keçirilib. Tədbirdə tələbələrin Dağlıq Qarabağ münaqişəsinin mərhələləri, Ermənistanın Azərbaycana olan ərazi iddiaları, Qarabağın süni şəkildə ikiyə bölünməsi və dağlıq hissəsində müxtar vilayətin yaradılması, Sovet dövründə və 1980-ci illərin sonunda ermənilərin separatçılıq fəaliyyətləri, münaqişənin müharibə fazasına keçməsi, Ermənistanı Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, müzakirə dövrünün döyüşləri, 44 günlük Vətən müharibəsi, Zəfər Gününün təsis olunması kimi müasir Azərbaycan tarixinin önəmli hadisələri haqqında hazırladıqları videoçarxlar nümayiş olunub. 

Tədbiri giriş sözü ilə kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva açıb. Tünzalə Verdiyevanın çıxışı 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən həlledici amillərə həsr olunub. 

Açılışın ardından Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin hazırladığı üç videoçarx nümayiş olunub. Birinci videoçarxda Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ sınağı, Qarabağ Sovet hakimiyyəti dövründə, Qarabağın mədəni irsi və dəyərləri mövzuları öz əksini tapıb. İkinci videoçarx Vətən müharibəsinə gedən yolun başlanğıcı olan Aprel döyüşləri, Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən biri olan Tovuz döyüşlərindən bəhs edib. Sonuncu videoçarx isə 44 günlük Vətən müharibəsi və Azərbaycanın qələbəsinə həsr olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR