XƏBƏRLƏR

209 tələbəmiz bu gün istehsalat və elmi – pedaqoji təcrübəyə başladı

209 tələbəmiz bu gün istehsalat və elmi – pedaqoji təcrübəyə başladı

16 fevral 2018

Baxış sayı: 7555

Bu gündən Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələrinin istehsalat, magistratura pilləsində təhsil alan II kurs tələbələrinin isə elmi-pedoqoji təcrübəsinə start verilib.

Humanitar fənlər, Sosial iş, Biznes və iqtisadiyyat və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində təhsil alan 199 bakalavriat, 10 magistratura tələbəsi müxtəlif qurumlarda təcrübə keçəcəklər.

AMEA-nın müxtəlif institutları, ARDNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin  İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, yerli icra hakimiyyətləri, Nəsimi rayon Bələdiyyəsi, AccessBank, Bakı Autizim və İdman Yaşam Klubu, SOS Uşaq Kəndləri, Sumaks MMC, “Azər-ilmə” Xalçaçılıq şirkəti və digər dövlət orqanları və biznes qurumlarında təcrübəçi tələbələrə 56 müəllim rəhbərlik edəcək.

Həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək müəllimlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat təcrübənin başlanğıc konfransında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib.

Elmi-pedoqoji təcrübə isə 16 mart 2018, istehsalat təcrübəsi 24 may 2018-ci il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.02.2018

DİGƏR XƏBƏRLƏR