XƏBƏRLƏR

Azərbaycan Universitetinin 30-cu buraxılış Məzun Günü keçirilib

Azərbaycan Universitetinin 30-cu buraxılış Məzun Günü keçirilib

01 iyul 2024

Baxış sayı: 245

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili məzunlarına həsr olunmuş Məzun Günü keçirilib. “Badamdar Hotel and Residence”də təşkil olunan tədbirin rəsmi hissəsində universitetin rektoru Səadət Əliyeva, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, fakültə dekanları Səfər Məmmədov, Asif Paşayev, Xanım Quliyeva, müəllimlər Emil Mirzəyev, Aygün Durur, Abbas Qurbanov təbrik nitqi ilə çıxış edib, məzunlara uğurlar arzulayıblar.

Fakültələr üzrə birinci, ikinci və üçüncülüklə məzun olanlara, eyni zamanda magistratura və MBA proqramının birincilərinə, universitet birincisinə, həmçinin ictimai fəallığı ilə seçilən məzunlara Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın fəxri fərmanları təqdim olunub. 

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Arzu Nüsrətova 98,13 orta müvəffəqiyyət göstəricisi ilə Azərbaycan Universitetindən  birinciliklə məzun olub. Arzu Nüsrətova şəklini “Azərbaycan Universitetinin fəxrləri” lövhəsində yerləşdirib və məzunlar adından çıxış edib.   

Tədbirdə Azərbaycan Universitetinin bir qrup ilk məzunu da iştirak edib. İlk məzunlar - 1995-ci il məzunları adından Azərbaycan Universitetinin müəllimi Ruhəngiz Əliyeva çıxış edib, 30 il sonra məzun dostları ilə birlikdə olmağın həyəcanını və sevincini tədbir iştirakçıları ilə bölüşüb. 

Tədbirin rəsmi hissəsi ənənəvi papaqatma mərasimi ilə başa çatıb. 

Bədii hissədə isə DJ Qafqaz və müğənni Şakir Mərdanov səhnə alıb. 

Qeyd edək ki, Azərbaycan Universitetini bu il 455-i bakalavriat, 90-ı magistratura pilləsində olmaqla 545 məzun bitirir. 

Rektorun Fəxri Fərmanı ilə təltif olunan məzunlar

  • Universitet birincisi
    Nüsrətova Arzu Zaur qızı
  • Fakültələr üzrə birincilər
    Qaracayeva Turanə İmran qızı (Biznes və iqtisadiyyat fakültəsi)
    Nüsrətova Arzu Zaur qızı (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi) 
    Mahmudova Emilya Ramil qızı (Humanitar fənlər fakültəsi)
  • Magistratura səviyyəsi üzrə birincilər
    Heydərova Leyla Süleyman qızı
    Qədirli Qədir Bahadur oğlu (MBA)
  • Fakültələr üzrə ikincilər
    Mustafayeva Cövhər Azad qızı (Biznes və iqtisadiyyat fakültəsi)
    Mədətova Şirinxanım Zahir qızı (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi) 
    Gülməmmədli Nigar İlkin qızı (Humanitar fənlər fakültəsi) 
  • Fakültələr üzrə üçüncülər
    Mustafayeva Sevinc Azad qızı (Biznes və iqtisadiyyat fakültəsi)
    Ələsgərli Mirvari Mahir qızı (İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi)
    Nəzərli Ləman Vüqar qızı (Humanitar fənlər fakültəsi) 
  • İctimai fəal tələbələr
    Sadıqova Səbinə Mənsur qızı
    Məmmədov Eldar İntiqam oğlu 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR