XƏBƏRLƏR

Azərbaycan Universitetinin beynəlxalq tələbələri ASAN Xidmət mərkəzində olub

Azərbaycan Universitetinin beynəlxalq tələbələri ASAN Xidmət mərkəzində olub

14 noyabr 2023

Baxış sayı: 607

Azərbaycan Universitetinin beynəlxalq tələbələri ASAN Xidmət mərkəzində könüllülüklə bağlı məlumatlandırıcı tədbirdə iştirak ediblər. Tədbirdə Dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alan III kurs tələbəsi Şirxan Aslanov könüllülər proqramı barədə təqdimatla çıxış edib. Təqdimatda tələbələrə “ASAN Könüllüləri” Təşkilatının yaranması, müraciət şərtləri və bu kimi məsələlər haqqında ətraflı məlumat verilib.

Beynəlxalq Əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə beynəlxalq tələbələr Noman Anwar (Biznesin idarə edilməsi), Cherif Lahgazi (Marketinq), Marina Nasibova (Maliyyə), Abdul Malik Majid Mohammed Aljaefari (Biznesin idarə edilməsi), şöbənin müdiri Elmira İsmayılova və  beynəlxalq əlaqələr üzrə mütəxəssis Sevlan Qurbanova iştirak edib.

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR