XƏBƏRLƏR

Azərbaycan Universitetinin “Brend tələbə”ləri təltif olunub

Azərbaycan Universitetinin “Brend tələbə”ləri təltif olunub

07 iyun 2024

Baxış sayı: 273

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

Bu gün Azərbaycan Universitetində təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az təhsil portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, portalın müxbiri Sifayə Abbaslı, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri Nüşabə Quliyeva, İnformasiya-kommunikasiya texnologiyaları faküləsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva və bu statusa layiq görülmüş tələbələr iştirak ediblər. 

Tədbiri portalın təsisçisi Elşad Eyvazlı açaraq iştirakçılara layihə haqqında məlumat verib, Azərbaycan Universitetinin “Brend tələbə” statusuna layiq görülmüş tələbələrini təqdim edib. 

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov layihənin tələbələr arasında rəqabət mühiti yaratmaq və motivasiya baxımından mühüm rol oynayacağını vurğulayıb, layihəyə Azərbaycan Universitetini də daxil etdikləri üçün portal rəhbərinə təşəkkür edib.  

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

Azərbaycan Universitetinin “Brend tələbə” statusuna layiq görülən tələbələri:

  • Rəsul Dadaşov (TGT sədri, Dövlət və ictimai münasibətlər, III kurs)
  • Emil Muradlı (Tarix, III kurs)
  • Şirxan Aslanov (Dövlət və ictimai münasibətlər, III kurs)
  • Marina Nasibova (Maliyyə, tədris ingilis dilində, IV kurs)
  • Vaqif Qocayev (Marketinq, II kurs)
  • Aida Aslanova (Turizm işinin təşkili, IV kurs)
  • Sənan İsmayılov (Kompüter mühəndisliyi, III kurs)
  • Ülvi Sadıqzadə (İnformasiya texnologiyaları, II kurs)
  • Abdulvahab Poladzadə (İnformasiya texnologiyaları, II kurs)
  • Hacı Soduyev (Magistratura, Gənclərlə iş, I kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR