XƏBƏRLƏR

Azərbaycan Universitetinin elmi kitabxanasına yeni nəşr daxil olub

“For Azerbaijan” Xeyriyyə Təşkilatı tərəfindən nəşr olunmuş və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən psixologiya fənninin tədris edildiyi ali məktəblər üçün metodik vəsait kimi tövsiyə edilmiş “Post Travmatik Stress Pozuntusu Hallarında Yazılı Ekspozisiya” kitabı Azərbaycan Universitetinin elmi kitabxanasına təqdim edilib. Təşkilatın layihələr üzrə koordinatoru Fəridə Alışova, proqramlar üzrə direktoru Elnur Kələntərov, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov və Elmi kitabxananın müdiri Nailə Nağıyevanın iştirak etdiyi görüşdə kitab aidiyyatı üzrə təhvil alınıb. 

Kitab “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsi çərçivəsində nəşr edilib. Kitabın müəllifləri Denise M.Sloan və Brian P.Marxdır. 

Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatının 2020-ci ildə təsis olunub. Təşkilatın məqsədi Azərbaycanda həssas ehtiyac qruplarına, xüsusilə də qazilərə və şəhid ailələrinə dayanıqlı dəstəyin göstərilməsinə nail olmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR