XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları III Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib

Azərbaycan Universitetinin əməkdaşları III Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib

03 iyun 2024

Baxış sayı: 774

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmlər doktoru Yusif Qasımov və Riyaziyyat və informatika kafedrasının müdiri,  dosent Rəşad Məstəliyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən III Milli Kibertəhlükəsizlik Forumunda iştrak edib.  Forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları, eləcə də kiberdiasporanın formalaşdırılması mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr həyata keçirilib. Tədbirdə həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə, o cümlədən digər tərəfdaş ölkələrdə kibertəhlükəsizlik üzrə görülən işlərin təqdimatı həyata keçirilib və gələcək əməkdaşlıq perspektivlərinə dair görüşlər təşkil olunub. 

Forumun sərgi hissəsində müxtəlif şirkətlərin məhsul və həlləri təqdim olunub. 

Forumda 15 ölkədən 300-dən çox nümayəndə iştirak edib, 5 panel müzakirə təşkil olunub, 30-dan çox çıxış dinlənilib, 15 şirkət öz stendi ilə təmsil olunub. 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və müəssələrlə birgə müzakirələrin həyata keçirilməsini təmin etməkdir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR