XƏBƏRLƏR

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə beynəlxalq konqres keçirilib

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə  Türkiyədə beynəlxalq konqres keçirilib

10 yanvar 2023

Baxış sayı: 8595

Azərbaycan Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə  7-9 yanvar 2023-cü il tarixində İzmir şəhərində “8th International Congress on Humanities and Social Sciences in a Changing World” beynəlxalq konqres keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev “Şuşa şəhərində tarixi abidələrin bərpası” mövzusunda plenar məruzə ilə çıxış edib. 

Azərbaycan Universitetinin əməkdaşları - Şah İsmayıl İsmayılov, Məhəmməd Əliyev, Tünzalə Verdiyeva, Səidə Quliyeva, Eldar Cəfərov, Növrəstə Quliyeva, İlqar Əliyev, Səkinə Mirzəyeva, Səbinə Cəlilova, Rasif Muradov, İlahə Vəliyeva, Selcan Məmmədova, konfransın bölmələrində məruzə ilə çıxış ediblər. 

Qeyd edək ki, tədbirdə dünyanın 25 ölkəsindən ekspert, tədqiqatçı-alim, doktorant və magistrantlar əldə etdikləri elmi yenilikləri təqdim edib, fikir mübadiləsi aparıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR