XƏBƏRLƏR

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri təltif olunub

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının  fəal üzvləri təltif olunub

12 mart 2024

Baxış sayı: 429

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri üçün təltifetmə mərasimi təşkil olunub. Tədbirdə TGT-nin ictimai fəaliyyətində, o cümlədən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən tələbələrlə yanaşı, elmi işlər üzrə prorektor Yusif Qasımov, rektorun müşaviri Nüşabə Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski də iştirak edib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Rəsul Dadaşov universitet rəhbərliyinə və tələbələrə fəaliyyəti dövründə görülən işlərin hesabatını təqdim edib. Ardınca fakültələr üzrə fəal tələbələr təşkilatın “Təşəkkürnamə”si ilə təltif olunub.

Sonda Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Dadaşova “İlin Tələbə Gənclər Təşkilatı sədri”, sədr müavini Xalid Qafarova isə “İlin TGT nümayəndəsi” seçilmələri münasibətilə rektor Səadət Əliyevanın “Fəxri fərmanı”ı təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR