XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri 48-ci ICPC müsabiqəsində iştirak edib

Azərbaycan Universitetinin tələbələri 48-ci ICPC müsabiqəsində iştirak edib

18 dekabr 2023

Baxış sayı: 735

Azərbaycan Universitetinin tələbələri “48-ci ICPC NERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda iştirak edib.

Beynəlxalq müsabiqələrdə Azərbaycan Universitetini İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Ülvi Sadıqzadə (İnformasiya texnologiyaları), Yunis Bədəlov (İnformasiya təhlükəsizliyi) və Eyvaz Bayramovdan (Kompüter mühəndisliyi) ibarət komanda təmsil edib. Komandanın rəhbəri fakültənin dekanı Asif Paşayevdir. 

Fərdi yarışda Ülvi Sadıqzadə yüksək nailiyyət sertfikatına, Eyvaz Bayramov fərqlənmə sertfikatına, komandamız isə fərqlənmə sertfikatına layiq görülüb. 

Kutaisi şəhərində dekabrın 11-dən-16-dək keçirilən tədbirlərdə Azərbaycanın 15 ali təhsil müəssisəsindən 20 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri olmaqla) iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR