XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri Bakı Metropolitenində təşkil olunan təlimdə iştirak ediblər

Azərbaycan Universitetinin tələbələri Bakı Metropolitenində  təşkil olunan təlimdə iştirak ediblər

30 noyabr 2023

Baxış sayı: 547

Azərbaycan Universitetinin İnsan Resursları Departamenti və Karyera Mərkəzinin təşəbbüsü ilə Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Bakı Metropoliteninin Təlim-tədris mərkəzində təşkil olunan  “Karyera planlama və inkişaf” mövzusunda təlimdə iştirak ediblər.

Təlimi Metropolitenin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov aparıb.  Rüfət Qədəşov tələbələrə Karyera nədir?; Karyera yolunu necə quraq?; Şans yoxsa uğurlu karyera planlaması?; Doğru karyera seçimi üçün nə etməli? mövzularında məlumat verib.

Qeyd edək ki, Bakı Metropoliteni ilə “Legalize Academy”nin əməkdaşlığı çərçivəsində keçirilən təlimin məqsədi tələbələrin potensialını artırmağa, bilik və praktiki vərdişlərini zənginləşdirməyə dəstək olmaq, müxtəlif sahələrə onları stimullaşdırmaq, dünyagörüşünü zənginləşdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR