XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri beynəlxalq konqresdə çıxış ediblər

Azərbaycan Universitetinin tələbələri beynəlxalq konqresdə çıxış ediblər

16 noyabr 2022

Baxış sayı: 4922

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin Politologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri VI beynəlxalq Nyu-York akademik tədqiqatlar konqresində məruzə ilə çıxış ediblər. Beynəlxalq tədbir Zoom platforması üzərindən onlayn formatda təşkil olunub. 

Nərmin İbrahimovanın məruzəsi “II Qarabağ müharibəsində diplomatik vəziyyət”, Selcan Məmmədovanın məruzəsi “Can Azərbaycan”, Rəhim Bayramovun məruzəsi “İranın Cənubi Qafqaz siyasəti”, Urşan Məmmədlinin məruzəsi “Atatürkü anma və Qafqazda istiqlal mübarizəsi”, Səkinə Mirzəyevanın məruzəsi “Keçmişin qanlı izlərindən qalib dövlətə keçid” mövzusuna həsr olunub. Səbinə Cəlilova “I Qarabağ müharibəsi və Xocalı soyqırımı”, Ayxan Hüseynov “Heydər Əliyevin Dağlıq Qarabağ problemi üçün atdığı addımlar”, İlqar Əliyev “Azərbaycan mədəniyyətinin hamisi- Mehriban Əliyeva”, Elmar Aslanov “İranın Azərbaycana olan soyuq münasibəti” mövzusunda çıxış ediblər. 

Tələbələr məruzələrini konqresin həmsədri, beynəlxalq tədbirin təşkilatçılarından BZT Akademiyasının Orta Asiya və Qafqaz üzrə bölgə rəhbəri və İctimai elmlər kafedrasının müəllimi Fərahilə Babayeva-Sükürovanın rəhbərliyində hazırlayıblar.  

Beynəlxalq konqresdə məruzə ilə çıxış edən tələbələrimizə iştirakçı sertifikatı təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR