XƏBƏRLƏR

Azersun Holdinqin əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

Azersun Holdinqin əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

02 dekabr 2016

Baxış sayı: 5005

Azərbaycan Universitetində “Azersun Holdinq”in əməkdaşları ilə görüş keçirilib. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi tərəfindən təşkil olunmuş görüşdə fakültənin IV kurs tələbələri iştirak edib. Görüşdə tələbələrə holdinqin təqdim etdiyi karyera imkanları haqqında ətraflı məlumat verilib,

Təlim mütəxəssisi Sahib Zayidov holdinqin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

İşə qəbul üzrə mütəxəssis Nərmin Məmmədli “Uğurlu iş müsahibələri” mövzusunda təqdimatla çıxış edib. Mütəxəssis çıxışında CV tərtibatı və uğurlu iş müsahibələrinin müxtəlif məqamlarına aydınlıq gətirib.

İşə qəbul üzrə mütəxəssis Selcan Məmmədova iştirakçıları “Azersun Holdinq”in işə qəbul prosesi ilə tanış edib.

Görüşdə öz uğur hekayələrini də danışan qonaqlar tələbələrə ilk karyera addımlarını atmaqda faydalı olacaq tövsiyələr verib, sualları cavablandırıblar.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
02.12.2016

 

DİGƏR XƏBƏRLƏR