XƏBƏRLƏR

Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

01 oktyabr 2021

Baxış sayı: 2253

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə infosessiya keçirilib. İnfosessiyanı kafedranın müəllimi Aygün Muradlı aparıb.

Tədbirdə bildirilib ki, sosial iş peşəsinin çalışdığı risk qruplarından biri də məhz ahıl şəxslərdir. Həm sosial iş çərçivəsində, həm də cəmiyyət olaraq onlara hər zaman diqqət və qayğı göstərmək lazımdır.

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Günün əsas məqsədi diqqəti ahıl olan şəxslərə istiqamətləndirmək, onların sağlamlıq və sosial problemlərinin həlli ilə bağlı məsələlərə diqqət çəkməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.10.2021

DİGƏR XƏBƏRLƏR