XƏBƏRLƏR

Beynəlxalq ECDL sertifikatının təlimləri başlayır

Beynəlxalq ECDL sertifikatının təlimləri başlayır

25 aprel 2018

Baxış sayı: 4815

Azərbaycan Universiteti ECDL Təlim və Test Mərkəzi tərəfindən beynəlxalq ECDL (European Computer Driving Lisence) sertifikatı üçün təlimlərə start verilir.

Dərslər həftədə 2 dəfə və hər dərs 90 dəqiqə olmaqla təşkil olunacaq və aşağıdakı modullar üzrə aparılacaqdır.

- Kompüterin əsasları

- Onlayn biliklər

- Mətn Prosessoru

- Elektron cədvəllər

- Təqdimat

Dərs müddəti 2 aydır. Dərslər 1 may 2018-ci il tarixində başlayacaqdır. Təlimlər hər kəsə açıqdır və iştirak ödənişlidir.

İmtahanı uğurla keçənlərə müvafiq modullar üzrə beynəlxalq sertifikat veriləcəkdir.

Qeydiyyat üçün aşağıdakı keçidə daxil olun.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfq3bWcOsF5piQ0bQHJT6u7sjVq7BfrfSMSJVnInVhxJ-9h_Q/viewform

Əlavə məlumat üçün İKT fakültəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Tel.: (+99412) 4314112/13/16/17 (daxili 121, 122)

Qeyd edək ki, Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramı ECDL-in (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Bu status Azərbaycan Universitetinə Litva Respublikasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən verilib.

Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır.

Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir. ECDL təlimlərinin imtahanlarından uğurla keçən iştirakçılar kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə bilirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.04.2018


DİGƏR XƏBƏRLƏR