XƏBƏRLƏR

Beynəlxalq təhsil sərgisinə hazırlıq işləri davam edir

Beynəlxalq təhsil sərgisinə hazırlıq işləri davam edir

19 sentyabr 2019

Baxış sayı: 2761

Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisi “EduExpo”-nun iştirakçısıdır.  Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

Beynəlxalq təhsil sərgisində ardıcıl olaraq ikinci ildir ki, iştirak edən universitetdə növbəti sərgi ilə bağlı hazırlıq işləri davam edir.  Universitet 1122 nömrəli stenddə təmsil olunacaq.

Stendin ziyarətçilərinə Azərbaycan Universitetində tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası, elmi fəaliyyəti və uğurları, akademik heyəti haqqında məlumat ala biləcək, onları maraqlandıran suallarla universitet əməkdaşlarına müraciət edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkədə təhsil sahəsində ən mühüm tədbirdir, peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. Sərgi 2018-ci ildə dünyanın 12 ölkəsindən 135 şirkəti qəbul edib, 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.09.2019


DİGƏR XƏBƏRLƏR