XƏBƏRLƏR

Beynəlxalq yay məktəbi başa çatıb

Beynəlxalq yay məktəbi başa çatıb

11 sentyabr 2021

Baxış sayı: 1655

Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti tərəfindən birgə təşkil olunan ənənəvi beynəlxalq yay məktəbi başa çatıb. “Rəqəmsal bacarıqlar və sosial məsuliyyət” (Digital Competences and Social Responsibility) mövzusuna həsr olunan beynəlxalq yay məktəbində Azərbaycan, Gürcüstan və Almaniya universitetlərindən 30-a yaxın tələbə iştirak edib.

Yay məktəbi ərzində iştirakçılara “Müxtəlif mədəniyyətlərdən olan komandalar arasında sinerji yaratmaq”, “Beynəlxalq və rəqəmsal bacarıqlar: komandalar üçün faydalar və çağırışlar”, “İşəgötürənlərin məzunlardan gözləntiləri”, “Rəqəmsal alətlərə giriş”, “Müsahibə texnikaları” kimi mövzular tədris olunub, tələbələr həmçinin təlim mövzuları ilə bağlı qrup işlərində iştirak ediblər.

Təlimləri yay məktəbinin tərəfdaşları olan universitetlərin professor-müəllim heyəti aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.09.2021

DİGƏR XƏBƏRLƏR