XƏBƏRLƏR

Beynəlxalq MOSE sertifikatını almaq istəyən tələbələr üçün təqdimat keçirilib

Beynəlxalq MOSE sertifikatını almaq istəyən  tələbələr üçün təqdimat keçirilib

13 mart 2024

Baxış sayı: 448

Azərbaycan Universitetinin tələbələri üçün “İnnab Business School” şirkətinin təqdimatı təşkil olunub. Tədbirdə şirkətin əməkdaşları - MOSE təlimçi Rauf Hacıyev, data analitika təlimçisi Tunar Süleymanlı, korporativ satış rəhbəri Nərmin Sarıyeva iştirak edib.

Azərbaycan Universitetinin tədris binasında təşkil olunan təqdimatda iştirakçılara “İnnab” şirkətinin fəaliyyəti, həyata keçirdiyi layihə və təlimlərin istiqaməti haqqında məlumat verilib. Qeyd olunub ki, “İnnab Business School” komandası Mühasibat uçotu, Maliyyə, Data analitika, Menecment, İnsan resursları, Satış və marketinq kimi sahələrdə təlimlər təşkil edir.

Ardınca tələbələrə data analitika, MOSE sertifikatının (Beynəlxalq Excel ekspert sertifikatı) əldə olunmasının tələbləri, sertifikatın tələbələrə qazandıracağı üstünlüklər haqqında məlumat çatdırılıb. Bildirilib ki, MOSE sertifikatını əldə edən tələbələr  Excel üzrə biliklərini beynəlxalq səviyyədə təsdiq etmiş olacaqlar.

Tədbirdə fəallıq nümayiş etdirən tələbələrə hədiyyə kuponu təqdim olunub.

Qeyd edək ki, təqdimat Azərbaycan Universiteti ilə “İnnab Business School” arasında imzalanan əməkdaşlıq memorandumuna uyğun olaraq İnsan Resursları Departamentinin nəzdində Karyera Mərkəzi ilə Təlim və Tədris Mərkəzinin birgə (TLC) təşkilatçılığı ilə baş tutub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR