XƏBƏRLƏR

I kurs tələbələri ilə tanışlıq görüşü taxirə salınır

I kurs tələbələri ilə tanışlıq görüşü taxirə salınır

16 oktyabr 2020

Baxış sayı: 2937

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması haqqında qərarına əsasən I kurs tələbələri ilə 19 oktyabr günü nəzərdə tutulan tanışlıq görüşü təxirə salınır.

Tələbələrimizi hazırkı ekstremal şəraitdə şəxsi gigiyena və tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum ünsiyyətdə olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.

Yeniliklərdən xəbərdar olmaq üçün Azərbaycan Universitetinin veb-saytını, Facebook və Instagram səhifələrini izləməyə davam edin. 

İctimaiyyətlə əlaqələr şöbəsi
16.10.2020

DİGƏR XƏBƏRLƏR