XƏBƏRLƏR
Biznes və iqtisadiyyat fakültəsində TEC təsis olunub
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təsis iclası keçirilib. İclasda TEC-in fəaliyyət istiqamətləri və görüləcək işlər müzakirə olunub, büro üzvləri, sədr və katibi seçilib. Qeyd olunub ki, TEC tələbələrin elmi potensialının üzə çıxarılması, ilkin tədqiqat işlərinə cəlb olunması ilə yanaşı, təşkilatçılıq, liderlik, işgüzar ünsiyyət kimi bacarıq və qabiliyyətlərinin inkişafına da kömək edəcək.
Təsis iclasında universitetin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Natiq Məmmədov və fakültənin tələbələri iştirak edib.
TEC-in büro üzvləri
- Ruzigar Şirinov, Maliyyə, II kurs (Sədr)
- Turan Nurməmmədova, Dünya iqtisadiyyatı, IV kurs (Katib)
- Mehparə Cəfərova, Dünya iqtisadiyyatı, IV kurs
- Nurlan Məmmədov, Dünya iqtisadiyyatı, IV kurs
- Nuranə Abdullayeva, Mühasibat uçotu və audit, IV kurs
- Murad Babayev, Dövlət və bələdiyyə idarəetməsi, III kurs
- Ramin Mehdiyev, Dövlət və bələdiyyə idarəetməsi, III kurs
- İlkin Abdullayev, Maliyyə, III kurs
- Kənan Niftiyev, Maliyyə, III kurs
- Aqşin Mirzəyev, İqtisadiyyat, III kurs
- Nicat Zeynalov, Maliyyə, II kurs
- Elmixan Əliyev, Maliyyə, II kurs
- Ayaz Mirzəyev, Maliyyə, II kurs
- Toğrul Quliyev, Menecment, II kurs
- Zəhraxanım Rəhimova, Dövlət və bələdiyyə idarəetməsi, II kurs
- Fatimə Əliyeva, Dünya iqtisadiyyatı, I kurs
- Leyla Ədilzadə, Marketinq, I kurs
İctimaiyyətlə əlaqələr şöbəsi
13.12.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
