XƏBƏRLƏR
Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini ATMU tələbələrinə təlim keçib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Natiq Məmmədov tərəfindən Turizm və Menecment Universitetinin Tələbə Elmi Cəmiyyətinin (ATMU TEC) dəvəti ilə bu ali təhsil müəssisəsinin tələbələri üçün “Liderlik və motivasiya” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Universitetinin bir qrup tələbəsi də iştirak edib.
Təlimdə iştirak edən tələbələrimizə sertifikatları öz tədris binamızda təqdim olunub. ATMU TEC sədri, həmin universitetin menecment ixtisası üzrə III kurs tələbəsi Aytən Cəfərova və bir qrup ATMU TEC üzvü Azərbaycan Universitetinin qonağı olub.
Maraqlı müzakirə və söhbətlə yadda qalan görüşdə hər iki universitetin tələbə elmi cəmiyyətləri arasında birgə tədbir və layihələrin həyata keçirilməsi razılaşdırılıb.
Görüşdə Azərbaycan Universitetini Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Natiq Məmmədov, fakültə elmi cəmiyyətinin sədr əvəzi, dünya iqtisadiyyatı üzrə IV kurs tələbəsi Nurlan Məmmədov və Karyera Mərkəzinin rəhbəri Aytən Əsədova təmsil edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
10.04.2018