XƏBƏRLƏR
Biznes və iqtisadiyyat fakültəsi “İnnab Business School” ilə əməkdaşlığı davam etdirir
“İnnab Business School” komandası Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün “İşəgötürənlər kimi axtarır?” və “Rəqəmsal əsrdə mühasib olmaq” mövzularında “təlim - workshop” keçirib.
İnteraktiv formatda həyata keçirilən tədbirdə iştirakçılara karyera perspektivlərini artıra biləcəkləri praktiki biliklər təqdim olunub.
Qeyd edək ki, “İnnab Business School” komandası Mühasibat uçotu, Maliyyə, Data analitika, İnsan resursları, Menecment, Satış və marketinq kimi sahələr ilə bağlı video dərslərin hazırlanması, məqalələrin yazılması və təlimlərin təşkili kimi sahələrdə fəaliyyət göstərir.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
