XƏBƏRLƏR

Biznes və iqtisadiyyat fakültəsində “Yaşıl iqtisadiyyat və kreativlik” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Yaşıl iqtisadiyyat və kreativlik” mövzusunda elmi seminar keçirilib. Fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Vaqif Qocayevin təşəbbüsü ilə təşkil olunan seminarda tələbələr marketinq üzrə mütəxəssis, “Sabah.Hub” İnnovasiya Mərkəzinin  İcma və ölkədaxili tədbirlər üzrə rəhbəri Göktuğ Sarının məruzəsini dinləyiblər. 

Göktuğ Sarı çıxışında iştirakçılara dünyanın yaşıl iqtisadiyyata keçidi; yaşıl iqtisadiyyatın prioritetləri, Apple, McDonald’s, Coca-cola kimi brendlərin yaşıl iqtisadiyyata keçidlə bağlı həyata keçirdikləri kreativ aksiya və kampaniyalar haqqında məlumat verib. 

İnteraktiv formada keçən tədbirdə təcrübəli mütəxəssis tələbələrlə müzakirələr aparıb, onların mövzu haqqında fikirlərini öyrənib və suallarını cavablandırıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR