XƏBƏRLƏR

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ustad dərsi keçirilib

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ustad dərsi keçirilib

16 mart 2023

Baxış sayı: 988

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti Azər Mehtiyev Azərbaycan Universitetinin maliyyə, menecment, mühasibat və iqtisadiyyat ixtisaslarında təhsil alan III kurs tələbələri üçün “Dövlət büdcəsinin gəlirləri: formalaşması xüsusiyyətləri və strukturu” mövzusunda ustad dərsi keçib. 

Dərsin əvvəlində Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi ustad dərslərinin tələbələr üçün əhəmiyyətini vurğulayıb və onları aktiv olmağa, sual və fikirlərini bölüşməyə dəvət edib. Kafedranın müəllimi Gülanə İsayeva tələbələrə dövlət büdcəsi anlayışı və mahiyyəti haqqında məlumat verib. 

Ardınca dosent Azər Mehtiyev məruzə ilə çıxış edib. Qonağın məruzəsi  dövlət büdcəsi gəlirlərinin formalaşması xüsusiyyətləri, büdcə gəlirlərinin tərkibi və təsnifləşdirilməsi, büdcə gəlirlərinin strukturunun statik təhlili, büdcə gəlirlərinin müqayisəli təhlili və ortamüddətli büdcə gəlirləri siyasəti, büdcə gəlirlərinin dinamik təhlili və uzunmüddətli büdcə gəlirləri siyasəti kimi mövzuları əhatə edib. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR