XƏBƏRLƏR

BMDM 16 doktorant və dissertantın ilkin müzakirəsini təşkil edib

BMDM 16 doktorant və dissertantın ilkin müzakirəsini təşkil edib

29 mart 2022

Baxış sayı: 1466

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) tərəfindən son beş il ərzində 16 doktorant və dissertantın ilkin müzakirəsi təşkil edilib. Müvafiq kafedraların iclaslarında doktorant və dissertantların təqdim etdikləri elmi tədqiqat işləri müzakirə olunub, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən qoyulan tələblərə cavab verdiyi qeyd edilib və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb. İlkin müzakirəni uğurla başa vuran doktorant və dissertantlardan bir nəfər seminardan keçərək müdafiəyə buraxılıb. Yeddi nəfər isə fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsini də uğurla həyata keçirib və diplomunu alıb.

Bütün bunlar mərkəzin uğurlu fəaliyyətinin göstəricisidir. Mərkəz, tədrisin beynəlxalq standartlar səviyyəsində aparılmasının təmin olunması məqsədilə 2020-ci ildə Magistratura və doktorantura şöbəsinin bazasında yaradılıb. Əsasnaməsi və tədris proqramları beynəlxalq standartlara uyğun şəkildə tərtib edilmiş Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi hazırda 25 doktorant, 26 dissertant və 198 magistrantın tədris prosesini təşkil edir. Magistratura pilləsi üzrə 21 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 14, dissertanturaya isə 18 ixtisas və istiqamət üzrə qəbul aparılır.

Son 5 il ərzində ilkin müzakirəsi təşkil olunan doktorant və dissertantların siyahısı

  • Məmmədəliyeva Leyla Fərhad qızı (Azərbaycan ədəbiyyatı)
  • Kərimov Aqil Qədir oğlu (Sahə iqtisadiyyatı)
  • Babayev Uğur Azad oğlu (Dünya iqtisadiyyatı)
  • Yarəliyeva Təhminə Yasin qızı (Vətən tarixi)
  • Qasımbəyli Fariz Süleyman oğlu (Azərbaycan ədəbiyyatı)
  • Əliyeva Səadət Namiq qızı (Dünya ədəbiyyatı, ingilis ədəbiyyatı)
  • Məlikova Leyli Əfras qızı (Daxili fiskal siyasət və dövlət maliyyəsi)
  • Əliyeva Tamara Məcid qızı (Sahə iqtisadiyyatı)
  • Abdullayeva Xumar Vəliyəddin qızı (Dünya ədəbiyyatı)
  • Orucov Elşən Zöhrab oğlu (Dünya iqtisadiyyatı)
  • Bayramlı Ceyhun Məhəmməd oğlu (Vətən tarixi)
  • Qasımova Nərminə Vaqif qızı (Ümumi fəlsəfə)
  • Məmmədova Könül Surxay qızı (Folklorşünaslıq)
  • Qarayev Sadıq Zaman oğlu (Azərbaycan ədəbiyyatı)
  • Ələkbərova Nigar Rafiq qızı (Sahə İqtisadiyyatı)
  • Tim Rasimoviç Ross (İqtisadi nəzəriyyə)
  • Atakişiyeva Tamara Rövşən qızı (Azərbaycan ədəbiyyatı)

İctimaiyyətlə əlaqələr şöbəsi  
29.03.2022

DİGƏR XƏBƏRLƏR