XƏBƏRLƏR

BP Azərbaycan Universitetinə 250 nüsxə kitab hədiyyə edib

BP Azərbaycan Universitetinə 250 nüsxə kitab hədiyyə edib

27 mart 2024

Baxış sayı: 406

BP şirkəti Azərbaycan Universitetinin elmi kitabxanasına beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsliyin Azərbaycan dilinə tərcümə olunmuş nəşrlərini hədiyyə edib. Universitetin kitabxanasına ümumilikdə 5 adda 250 nüsxə dərslik daxil olub.

Kitablar yerli universitet və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilib. Dərsliklər bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari tədris vəsaitlərinin siyahısına daxildir. Ali təhsil müəssisələrinin qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş sosial layihə çərçivəsində BP-nin maliyyələşdirdiyi nəşrlər dünyada ən geniş istifadə olunan dərsliklərdir.

Bu, BP-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri bir təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi ilə davam edir və həmin kitabların təqdimatı gələn ilə planlaşdırılır.

Elmi kitabxanaya təqdim edilmiş kitablar haqqında məlumat aşağıdadır:

  • Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (Müəllif: Robert Palmatier, Şrihari Sridar), Nəşriyyat: “Red Globe Press”, 2021, 2-ci nəşr
  • Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik), Nəşriyyat: Pearson, 2019, 7-ci nəşr
  • İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A. Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre), Nəşriyyat: Oksford Universitetinin Nəşriyyatı, 2019, 15-ci nəşr
  • İnformasiya təhlükəsizliyi prinsipləri (Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord), Nəşriyyat: “Cengage Learning”, 2021, 7-ci nəşr
  • Növbəti. Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş), Nəşriyyat: Gefen, 2022

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR