XƏBƏRLƏR

Bu gün Azərbaycan Universitetini tələbələr idarə edib

Bu gün Azərbaycan Universitetini tələbələr idarə edib

02 fevral 2017

Baxış sayı: 5403

Bu gün Azərbaycan Universitetində rəhbər vəzifələri simvolik olaraq tələbələr - varislər icra edib. "Varis Günü" layihəsi 2 Fevral Gənclər Günü münasibəti ilə həyata keçirilir. Artıq 4 yaşında olan layihənin məqsədi tələbələri Universitetin ənənələri ilə tanış etmək, onlara idarəçilik vərdişləri aşılamaq, işgüzar ünsiyyəti inkişaf etdirməkdir. 

Varislər günə vəzifələrinin icrası ilə başlayıblar. Onlar gün ərzində vəzifələrini uğurla icra etməyə səy göstəriblər.   

Günün ikinci yarısında varis elmi şuranın iclası keçirilib. İclasa varis rektor – Sosial iş fakültəsiin IV kurs tələbəsi Məltəm Cahangirzadə sədrlik edib.

İclasda 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının təşkili, pedaqoji təcrübəyə hazırlıq, yaz semestrinin hazırlıqları, universitetin beynəlxalq əlaqələrinin təşkili kimi məsələlər müzakirə olunub. Varislər iclasda Universitetinin idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı maraqlı təkliflərlə çıxış ediblər. 

Varis elmi şurada Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heybətzadə də iştirak edib.

Varis rektor Məltəm Cahangirzadə diqqətə çatdırıb ki, varis elmi şurada səsləndirilən bütün çıxış və təklifər protokollaşdırılaraq müvafiq strukturlara təqdim ediləcək. 

Gün, layihə iştirakçılarına təşəkkür sertifikatlarının təqdim edilməsi ilə başa çatıb.

Sizləri 2016/2017-ci tədris ilinin “varis”ləri ilə tanış edirik:

  • Varis rektor – Məltəm Cahangirzadə (Sosial iş, IV kurs)
  • Varis prorektor – Günel İsaxanova (Sosial iş, II kurs)
  • Elmi şuranın varis katibi – Ellada Süleymanova (Mühasibat uçotu və audit, II kurs)
  • Humanitar fənlər fakültəsinin varis dekanı – İlahə Məmmədova (Tərcümə, II kurs)
  • Biznes və iqtisadiyyat fakültəsinin varis dekanı – Zəhra İbişova (İqtisadiyyat, III kurs)
  • İnformasiya – kommunikasiya fakültəsinin varis dekanı – Gülsüm Babayeva (Riyaziyyat, III kurs)
  • Sosial iş fakültəsinin varis dekanı – Zamin Zəkiyev (Sosial iş, II kurs)
  • Magistratura və doktorantura şöbəsinin varis müdiri – Lalə Tağızadə (MBA, Menecment)
  • Tədris şöbəsinin varis müdiri – Mirəkbər Mirismayıllı (Maliyyə, IV kurs)
  • Tələbə şöbəsinin varis müdiri – Həmayil İbrahimxəlilova (İqtisadiyyat, III kurs)
  • Beynəlxalq əlaqələr şöbəsinin varis müdiri – Məhsəti Əlizadə (Maliyyə, BBA, IV kurs)
  • Tyutor xidmətinin varis rəhbəri – Münəvvər Ələsgərli (Tarix müəllimliyi, IV kurs)
  • Xarici dillər – 2 kafedrasının varis müdiri – Əsli Abbasova (Maliyyə, BBA, IV kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi
02.02.2017

DİGƏR XƏBƏRLƏR