XƏBƏRLƏR

Bu gün professor Aqil Xanməmmədovun doğum günüdür

Bu gün professor Aqil Xanməmmədovun doğum günüdür

23 mart 2018

Baxış sayı: 5915

Bu gün İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin professoru Aqil Xanməmmədovun doğum günüdür. Aqil müəllimi bu münasibətlə təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Aqil Xanməmməd oğlu Xanməmmədov 1973-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1995-ciildə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib.1995-1998-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat kafedrasının aspirantı olub. 1998-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb.

AMEA Riyaziyyat və Mexanika İnstitutu Diferensial tənliklər şöbəsinin baş elmi işçisi, Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat fakültəsi, Riyazi analiz kafedrasının professoru, Azərbaycan Universiteti İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin professorudur.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.03.2018


 

DİGƏR XƏBƏRLƏR