XƏBƏRLƏR

Bu gün professor Azad Məmmədovun doğum günüdür

Bu gün professor Azad Məmmədovun doğum günüdür

07 may 2018

Baxış sayı: 7646

Bu gün Xarici dillər kafedrasının professoru, filologiya elmləri doktoru Azad Məmmədovun doğum günüdür.

Bu münasibətlə Azad müəllimi təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Azad Yəhya oğlu Məmmədov 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Dillər Universitetindən məzun olub. 1985-1989-cu illərdə həmin universitetin aspirantı olub.

1990-cı ildə filologiya elmləri üzrə fəlsəfə doktoru, 2003-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 2005-ci ildən professordur.

Tədqiqat sahəsi nəzəri dilçilik, tətbiqi dilçilik, koqnitiv dilçilik, diskurs təhlilidir.

4 monoqrafiya, 2 dərslik və 4 dərs vəsaitinin, 50-yə qədər elmi məqalənin müəllifidir.  

2017-ci ildən Azərbaycan Universitetində çalışır.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.05.2018


DİGƏR XƏBƏRLƏR