XƏBƏRLƏR

Bu gün Təhsil Naziri Mikayıl Cabbarovun ad günüdür

Bu gün Təhsil Naziri Mikayıl Cabbarovun ad günüdür

19 sentyabr 2017

Baxış sayı: 5114

Bu gün Təhsil Naziri Mikayıl Cabbarovun ad günüdür.

Azərbaycan Universitetinin kollektivi adından Mikayıl müəllimi ad günü münasibətilə təbrik edir, ən xoş, ən səmimi arzularımızı bildiririk!

Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. .

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

İctimai həyatda fəal rol oynayır. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilib. “Nə? Harada? Nə vaxt?” və “Breyn-Rinq” oyunlarının fəal üzvü olub.

1994-1997-ci illərdə “Atəşgah” Bakı Bilicilər Klubunun prezidenti olub.

Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanıb. 1997-ci ildə Rusiyanın 1-ci kanalında yayımlanan “Nə? Harada? Nə vaxt?” oyununda Azərbaycandan olan ilk bilici olub.

Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil Naziri təyin edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
19.09.2017

DİGƏR XƏBƏRLƏR