XƏBƏRLƏR

Xarici dillər kafedrasının müəllimi Xavər Əliyevanın 80 yaşı tamam olur

Xarici dillər kafedrasının müəllimi Xavər Əliyevanın 80 yaşı tamam olur

27 sentyabr 2017

Baxış sayı: 5127

Bu gün Azərbaycan Universitetinin Xarici dillər kafedrasının baş müəllimi Xavər Əliyevanın 80 yaşı tamam olur.

Azərbaycan Universitetinin kollektivi adından Xavər müəlliməni 80illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Əzizimiz Xavər xanım!

Yeni yaşınızda hər zaman olduğu kimi sevgi dolu, mehriban və gümrah qalasınız. Həyat günəşiniz daim sizi aydınlatsın, hər çətinliyiniz geridə qalsın.

Xavər Hüseyn qızı Əliyeva 2008-ci ildən Azərbaycan Universitetində işləyir. “İngilis dilinin tədrisində spontan nitqə verilən tələblər”, “İngilis və Azərbaycan dillərində rəng bildirən sifətlərin leksik və semantik xüsusiyyətləri”, İngilis və Azərbaycan dillərində modal sözlər”, “Termin yaradıcılığında meyarlar və maneələr”, “Eyniköklü sinonim paradiqmlər”, “Birinci Türkoloji qurultay və terminologiya problemləri”, “İngilis və Azərbaycan dillərində eyni köklü sinonimlərin paradiqmləri” adlı elmi əsərlərin müəllifidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.09.2017


DİGƏR XƏBƏRLƏR