XƏBƏRLƏR
BZT Akademiya rektor Səadət Əliyeva və 2 əməkdaşımızı təltif edib
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və universitetin daha 2 əməkdaşı Türkiyədə fəaliyyət göstərən BZT Akademiyasının təşkil etdiyi “BZT 2022: Akademiyanın ulduzları” təbirində müxtəlif nominasiyalarda plaketlə təltif olunublar.
Mərasimdə Azərbaycan Universitenin rektoru Səadət Əliyeva iki ölkə arasında əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə mükafata layiq görülüb. İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevə “Ən yaxşı açılış nitqi”, kafedranın müəllimi və BZT Akademiyasının Orta Asiya və Qafqaz ölkələri üzrə nümayəndəsi Fərahilə Babayeva-Şükürovaya isə “Ən yaxşı bölgə nümayəndəsi” mükafatı təqdim olunub.
Qeyd edək ki, 27 ölkə, 68 fərqli universitet ilə əməkdaşlıq edən BZT Akademiya beynəlxalq miqyasda elmi tədbir və layihələr həyata keçirir.
İctimaiyyətlə əlaqələr şöbəsi