XƏBƏRLƏR

“Çağlayan” jurnalının yeddinci nömrəsi çapdan çıxıb

“Çağlayan” jurnalının yeddinci nömrəsi çapdan çıxıb

19 may 2020

Baxış sayı: 2721

Azərbaycan Universitetinin ildə iki dəfə nəşr olunan korporativ icmal jurnalı “Çağlayan”ın yeddinci nömrəsi çapdan çıxıb. Jurnal universitetin son 6 aydakı fəaliyyətini əhatə edir.

“Çağlayan” universitet həyatının müxtəlif məqamlarını və elmi fəaliyyəti əks etdirməklə yanaşı özəl rubrika və müsahibələr də təqdim edir. Oxuyucular bu sayda Azərbaycan Universiteti rektorunun məsləhətçisi, prof. Paul Gibbs ilə müsahibəni maraqla oxuyacaqlar.

“Milli-mədəni irsimiz” səhifələrində Milli Azərbaycan Tarixi Muzeyindən tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova Azərbaycan Milli Qadın Geyimləri haqqında məlumat verir.

“Məzunlarımız” səhifələrində Azərbaycan Universitetinin  məzunları Sabit Məmmədov, Günay İsmayılova, Mürvət Babayev və Tural Məmmədovun uğur hekayələri ilə tanış olmaq mümkündür.

Jurnal elektron formada Azərbaycan Universitetinin saytında da yerləşdirilib.

/az/menu/232/azerbaycan-universiteti-caglayan-jurnali

İctimaiyyətlə əlaqələr şöbəsi
19.05.2020

DİGƏR XƏBƏRLƏR