XƏBƏRLƏR

“Çağlayan” jurnalının yeni sayı çapa hazırlanır

“Çağlayan” jurnalının yeni sayı çapa hazırlanır

02 avqust 2019

Baxış sayı: 3216

Azərbaycan Universitetinin 6 aylıq icmal jurnalı “Çağlayan”ın növbəti nömrəsi çapa hazırlanır. Oxucular nəşrin bu sayında (Bahar-yay /2019) Universitetin son 6 aydakı fəaliyyəti ilə tanış ola biləcəklər. 

“Çağlayan” universitet həyatının müxtəlif məqamlarını əks etdirməklə yanaşı özəl rubrika və müsahibələr də təqdim edir. Oxucuları bu sayda filologya elmləri doktoru, prof. Qorxmaz Quliyev ilə maraqlı müsahibə gözləyir. 
“Məzunlarımız” səhifələrində Azərbaycan Universiteti məzunlarının uğur hekayələri ilə tanış olmaq mümkündür.
İldə 2 dəfə nəşr olunan "Çağlayan" jurnalı Azərbaycan Universitetinin fəaliyyətinə həsr olunur. “Çağlayan” adı jurnal üçün təsadüfi seçilməyib... O, həm də Azərbaycan şairi Mükayıl Müşfiqin sonuncu, işıq üzü görməmiş kitabının adıdır. Türk dillərində “şəlalə” mənasını özündə əks etdirən “Çağlayan” həmçinin yeni həyatın, dirçəlişin, azadlığın, aşıb daşan gəncliyin və qaynar həyatın rəmzidir. “Çağlayan” jurnalı həm də sovet dövründə repressiyaya məruz qalmış bütün elm və incəsənət xadimlərimizin əziz xatirəsinə ithaf olunur. 
Daha ətraflı yeni sayımızdan oxuya bilərsiniz. 
Jurnal satılmır. 
“Çağlayan” jurnalının yeni sayılarında görüşmək ümidi ilə...

İctimaiyyətlə əlaqələr şöbəsi
2.08.2019

DİGƏR XƏBƏRLƏR