XƏBƏRLƏR
“Clarivate Analytics” şirkətinin nümayəndəsi Azərbaycan Universitetində olub
“Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov Azərbaycan Universitetini ziyarət edib, universitetin Elmi işlər üzrə prorektoru Yusif Qasımovla görüşüb. İltifat İbrahimov görüşdə təmsil etdiyi şirkət, onun Azərbaycanda həyata keçirdiyi layihələr və tədbirlər haqqında danışıb. Yusif Qasımov isə Azərbaycan Universitetinin “Clarivate Analytics” şirkətinin məhsulu olan Web of Science bazası üzrə elmmetrik göstəriciləri, bu göstəricilərin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər haqqında qonağa ətraflı məlumat verib.
Görüşdə həmçinin “Clarivate Analytics” şirkəti ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq imkanları da müzakirə edilib, birgə təlimlərin təşkil edilməsi haqqında razılığa gəlinib.
İctimaiyyətlə əlaqələr şöbəsi