XƏBƏRLƏR

“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” konfransına məqalə qəbulu davam edir

“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” konfransına məqalə qəbulu davam edir

06 avqust 2019

Baxış sayı: 4540

Azərbaycan Universitetində 24 oktyabr 2019-cu il tarixində keçiriləcək “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransına məqalə qəbulu davam edir. Konfrasnda davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirə olunması nəzərdə tutulur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan konfransın işi “Qloballaşma və makroiqtisadi inkişaf”, “Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri”, “İnnovativ və rəqəmsal iqtisadiyyat”, “İstehsalın iqtisadiyyatı”, “Davamlı inkişafda qeyri-səlis məntiqin tətbiqi”, “Humanitar problemlərin həllində İKT-nin rolu”, “Həyat fəaliyyətinin müxtəlif sahələrinin sosial inkişafı”, “Sosial siyasət”, “Dil və ədəbiyyat”, “İctimai elmlər” bölmələri üzrə təşkil olunacaq. 
Təşkilat komitəsi məqalələri 27 sentyabr 2019-cu il tarixinə qədər qəbul edəcək. 
Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid: 

/az/menu/325/

İctimaiyyətlə əlaqələr şöbəsi
06.08.2019

DİGƏR XƏBƏRLƏR